• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavinləri gedir, ciddi ixtisarlar başlayır

Nazir müavinləri gedir, ciddi ixtisarlar başlayır
12.07.2017 09:20
"Hökumət mətbəxinə” yaxın olan YAP funksioneri ciddi struktur islahatlarının anonsunu verdi; "Yeni Müsavat” bu haqda nə yazmışdı? 

Bakıda keçirilən İslamiada və Formula-1 yarışlarından sonra hökumətdə neçə vaxtdır gözlənilən struktrut islahatlarının başlayaca bilər. Həmin xəbərlərdə bildirilirdi ki, iqtidar böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır. Qeyd olunurdu ki, dəyişiklik Nazirlər Kabinetinin, Prezident Administrasiyasının iştirakı ilə hazırlanan geniş sənəddə "yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

Xəbərlərdə vurğulanırdı ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq hazırlanıb. "Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür” deyə, xəbəri verən mənbə bildirmişdi. Ən mühüm məqam isə nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə müavin ştatları ilə bağlı idi. Məlumata görə, nazirliklər və komitələrdə müavin ştatları əhəmiyyətli dərəcədə azaldılacaq ki, bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.


YAP-ın icra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində bu məlumatların doğruluğunu təsdiqləyib. O deyib ki, idarəetmədə ciddi struktur islahatı gözlənilir: "Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımdan bu labüddür”.

S.Novruzov deyib ki, hökumət az sayda idarəetmə aparatı ilə fəaliyyət göstərməlidir: "Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə, bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada, eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq”.

YAP funksioneri nazirlər müavinləri ilə bağlı da danışıb. "Bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir”, - deyə S.Novruzov bildirib.

10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olması son aylar ən çox müzakirə olunan mövzulardandır. Artıq heç kimə sirr deyil ki, idarəetmə aparatının həddən artıq şişirdilməsi dövlət büdcəsinə ikiqat yükdür və hökumət bundan yaxa qurtarmağa çalışır.

Gözlənilir ki, tezliklə Nazirlər Kabinetinə ciddi "əl gəzdiriləcək”, bir neçə komitə ya birdəfəlik ləğv olunacaq, ya da müvafiq nazirliklərə birləşdiriləcək. Nazirliklərin də birləşdirilməsi gözlənilir ki, bununla da bağlı müvafiq təkliflər hazırlanıb. Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ciddi ixtisarlar olacağı, bir neçə idarənin ləğv olunacağı gözlənilir. "Hökumət mətbəxinə” çox yaxın olan deputatın açıqlaması da bu dəyişikliklərin tezlikə baş tutacağının anonsudur.

YM

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol