• $
  • €
  • ₽
  • ₺
  • £

UNİCEF-dən 2 yaşlı Zəhranın qətlinə MÜNASİBƏT

UNİCEF-dən 2 yaşlı Zəhranın qətlinə MÜNASİBƏT
24.08.2017 10:02
"Heç bir icma, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir”.

Ombudsman Aparatından verilən məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Entoni Leykin Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi məktubda deyilir.

Məktubda bildirilir ki, BMT baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir: "UNİCEF bu cür həll yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin olunacaqlarına ümid edir”.
Məktubda UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaq və gənclərə ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində kömək göstərməyə davam edəcəyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, bu il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol