• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcər girovu Şahbaz İrəvan xəstəxanasına düşdü

Kəlbəcər girovu Şahbaz İrəvan xəstəxanasına düşdü
02.10.2017 17:00
Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, İrəvanda xəstəxanaya yerləşdirilib.

İstiPress-in "report”a istinadla verdiyi məlumata görə, bunu Şahbaz Quliyevin qohumu deyib. 

O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində İrəvanda xəstəxanada saxlanılacaq: "Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib".

Qohumunun sözlərinə görə, videodan Ş.Quliyevin səhhətinin çox ağır olduğu aydın sezilir: "Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.

Xatırladaq ki, Ş.Quliyev erməni girovluğunda olduğu müddətdə üçüncü dəfədir ailəsinə videogörüntü təqdim olunur.  

2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol