• $
  • €
  • ₽
  • ₺
  • £

Hər şey müharibəyə doğru: başlanma VAXTI AÇIQLANDI

Hər şey müharibəyə doğru: başlanma VAXTI AÇIQLANDI
03.10.2017 15:25
"Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın "Obozrevatel” nəşrinə "Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib.

"2014 və 2015-ci illər döyüş əməliyyatlarının daha aktiv mərhələsi idi. 2016 və 2017-ci illər daha sakit keçdi. Amma düşünürəm ki, hər şey 2018-ci ilin çox isti olacağını göstərir”, - Kedelaşvili bildirib.

Daha əvvəl Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan "Obozrevatel” nəşrinə bildirib ki, Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər.

"Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub. Mümkündür ki, cəbhədə bu cür genişmiqyaslı hərəkətlər gələcəkdə də baş versin. Ukrayna ordusu öz döyüş sursatlarının bir hissəsindən məhrum edilərsə, onlar əhəmiyyətli dərəcədə zəifləyəcək”, - Boqdan qeyd edib.

Xatırladaq ki, döyüş sursatı anbarında partlayış sentyabrın 26-dan 27-nə keçən gecə baş verib. Anbar Ukrayanın ən böyük döyüş sursatları anbarlarından biri idi. Burada "Smerç”, "Uraqan” və "Qrad” reaktiv yaylım atəş sistemlərinin raketləri saxlanılırdı. Ukrayna Baş qərargahının açıqladığı informasiyaya görə, hərbi anbarda arsenalın təxminən 30 faizi məhv olub.

Lakin bəzi mənbələr itkilərin 50 faizdən yuxarı olduğunu bildirirlər. Qeyd edilir ki, bu hadisə ordunun hərbi təchizatında ciddi problemlər yarada bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol