• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “Polonez” raket sistemi alır - VİDEO

Azərbaycan “Polonez” raket sistemi alır - VİDEO
10.10.2017 11:00
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasında rəsmi səfərdədir. General səfər zamanı bir sıra önəmli görüşlər keçirib, ölkələrimiz arasında hərbi əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məqamları müzakirə edib.

Müdafiə nazirinin Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət etməsi diqqət çəkib. Belə ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun silah arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.

Hərbi ekspertlərin fikrincə, Azərbaycan Belarusdan "Polonez” uzun mənzilli reaktiv yaylım atəş sistemi almaq istəyir. General səfər zamanı məhz "Polonez”ə baxış keçirib.

Bundan əvvəl də Azərbaycanın "Polonez” kompleksinin sifarişçisi olduğu bildirilirdi. "Polonez" in ilk xarici nümayişi də ölkəmizdə olub. Uzun mənzilli reaktiv yaylım atəş sistemi keçən il ölkəmizdə keçirilən "ADEX-2016” sərgisində nümayiş etdirilib. Bundan sonra Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb.

"Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Raketin atış məsafəsi 270 km təşkil edir. Bir maşın üzərində döyüşə hazır 8 raket var. "Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.

Bu il Belarusda "MİLEX-2017” Beynəlxalq silah və hərbi texnika sərgisində "Polonez” RS30 tipli raketlərinin yeni varinatını təqdim edib. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.

Ümumilikdə "Polonez” raket kompleksi Belarus Ordusunda "Uraqan” (220 mm) və "Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Belarus və xarici mənbələr "Polonez"i Rusiyanın "İsgəndər" raketinə əsas rəqib göstərirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol