• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunda özbaşnalıq

Ermənistan ordusunda özbaşnalıq
16.10.2017 12:38
Ermənistan ordusunun komandirləri tərəfindən bir çox cinayət hadisələrinin avtoqəza kimi sənədləşdirilməsi hərbçilərə, onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

Anews.az-ın məlumatına görə, 2017-ci il ərzində Ermənistan ordusunun hərbi qulluqçuları tərəfindən törədilən avtomobil qəzalarının sayı durmadan artır. Son 3 avtoqəza hadisəsi zamanı 7 Ermənistan hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirilib.

Ermənistanın Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil qəzası zamanı ayağı sınıb. Həkimlərin dediyinə görə, ayağına gips qoyulan zabit uzun müddət xidmətə çıxa bilməyəcək.

Daha bir avtomobil qəzası zamanı biri ağır olmaqla, 5 hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus "UAZ" markalı avtomobil işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi törədib. Qəzada 1977-ci il təvəllüdlü Haykuş Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin travması alan 1950-ci il təvəllüdlü  Martik Abelyan və 1969-cu il təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə qanaxmadan ölməməsi üçün təcili yardımla şəhər xəstəxanasına çatdırılıb. 

Ermənistan mətbuatının və sosial şəbəkələrinin monitorinqi göstərir ki, bu ilin 9 ayı ərzində avtoqəza nəticəsində düşmən ordusunun 5 hərbi qulluqçusu ölüb, 54 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Avtoqəza zamanı əlil olan hərbi qulluqçular da az deyil. Belə hadisələr zamanı ermənistanlı valideynləri ən çox narahat edən məsələ ailələrin dövlət tərəfindən heç bir yardım ala bilməmələridir.

Valideynlərin çoxsaylı şikayətlərinə əsas səbəb isə komandirlər tərəfindən digər cinayət hadisələrinin də avtomobil qəzası kimi sənədləşdirilməsidir. Bu da, təbii ki, hərbçilərə və onların valideynlərinə müavinətlərin ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol