• $
  • €
  • ₽
  • ₺
  • £

Putin iki gün sonra YENİ QARABAĞ PLANINI təqdim edəcək

Putin iki gün sonra YENİ QARABAĞ PLANINI təqdim edəcək
20.11.2017 12:10
"Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni "Putin planı”nı Azərbaycana təqdim edəcək”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi yazar Tevos Arşakyan iddia edib.

Onun sözlərinə görə, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir: "Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının növbəti cəhdidir. Ekspertlər iddia edirlər ki, İrəvan keçmiş təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Sarkisyan Moskvaya getdi və Putinin təzyiqlərindən sonda sazişdən imtina etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sarkisyanın bu günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər qurmasına imkan verəcək. İnformasiyalar var ki, Putinlə Sarkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə "Putinin yeni planı”nı təqdim edəcək”.

Lakin Arşakyan hesab edir ki, Sarkisyan hakimiyəti Moskvanın tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş imzalamaqdan son anda imtina edəcək.

"Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sarkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sarkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. 

Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”, - deyə o bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol