• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvanın Qarabağın əvəzinə Azərbaycandan istədikləri

Moskvanın Qarabağın əvəzinə Azərbaycandan istədikləri
26.01.2018 21:18
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin həlli ilə bağlı dediyi sözlər Kremlin regiona baxışından 180 dərəcə fərqlənib.

İstiPress-in məlumatına görə, Mariya Zaxarova ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin, o cümlədən Rusiyanın münaqişənin nizamlanması üzrə addımlarının effektivliyinin artırılmasının vacibliyini vurğulayıb:  "Fəallığı yox, səmərəliliyi artırmaq lazımdır. Düşünürəm ki, hamı bununla məşğul olacaq”.
XİN sözçüsünün dediyindən belə anlamaq olar ki, artıq Rusiya Qarabağı işğal altında saxlayan Ermənistana açıq və gizli dəstək verməyəcək, Ermənistanı ucuz, bəzən pulsuz silahlarla təmin etməyəcək və s…

Amma belə deyil. Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın bu gün İrəvanda keçirdiyi mətbuat konfransında açıqladığı bəzi detallar tamamilə fərqli mənzərə ortaya çıxarır. Onun etirafına görə, Moskva Ermənistana silahı başqa ölkələrlə, o cümlədən Azərbaycanla müqayisədə iki dəfə ucuz satır, Rusiya hərbi məktəblərində Ermənistan üçün 4 min zabit hazırlanır. Həmçinin Rusiya ilə hərbi ittifaq hesabına Ermənistan S-300-lərlə gücləndirilmiş havadan müdafiə sistemi qurub.

Təbii ki, Rusiya Ermənistana bu yardımlarını əvəzsiz etmir və onun məqsədinin nə olduğunu ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri Con Herbst Ermənistanın "1in.am” portalına bu gün verdiyi müsahibədə açıq bildirib. Onun sözlərinə görə,  ucuz silah verməklə və təhlükəsizliyinə təminat verməklə Ermənistanı öz ərazisinə çevirmiş Rusiya Azərbaycanı da eyni vəziyyətə salmaq istəyir:

"Ermənistanın Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyünü pozmasına icazə verən Rusiya eyni zamanda ona silah satmaqla Azərbaycan üçün də həyati vacib olmağa çalışır. Mən hesab edirəm ki, Kremlin siyasəti çox riyakardır. O, Dağlıq Qarabağda sülhün bərqərar olmasında maraqlı deyil”.
Əslində, ABŞ-ıl diplomat indiyə kimi Azərbaycanda hər kəsin bildiyi həqiqəti deyib. Yəni bu məsələdə yenilik yoxdur. Amma yenilik ondadır ki, ABŞ diplomatının bu sözlərini çox populyar erməni portalı dərc edib. Bəlkə, bu fikirləri oxuyub real vəziyətlərini, Rusiyaya qulluq etdiklərini, həmişə olduğu kimi Moskvanın maraqlarının qurbanı olduqların anlayarlar. Yoxsa erməni KİV-lərinin və ekspertlərinin əksəriyyəti Rusiyanın Azərbaycanı dəstəkləməsi barədə cəfəngiyyatlar uydurmaqdan yorulmurlar. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol