• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nazirlərin istefaya göndəriləcəyi - Tarix

Azərbaycanda nazirlərin istefaya göndəriləcəyi - Tarix
08.02.2018 11:27
Aprel ayının sonlarında Nazirlər Kabiteni tam tərkiblə istefaya göndəriləcək.

Axar.az xəbər verir ki, fevralın 5-də prezidentin imzaladığı sərəncamla oktyabr ayında keçirilməsi gözlənilən prezident seçkisi 11 aprel tarixinə təyin edilib.

Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Bu hesabla nəticələrin təsdiqlənməsi aprel ayının 25-i tarixinə təsadüf edir. Konstitusiya Məhkəməsinin bu qərardan sonrakı 3 gün ərzində isə prezident andiçmə mərasimi keçirəcək.

Ölkə Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bu da aprel ayının son gününə təsadüf edəcək.

2013-cü il 9 oktyabr sonuncu prezident seçkilərindən sonra Nazirlər kabinetinin tərkibi 44 nəfərdən ibarət idi. 4 il ərzində aparılan müxtəlif islahatlar, imzalanan sərəncamlar səbəbindən NK-nin tərkibində müəyyən dəyişikliklər olub.

Belə ki, sonuncu seçkilərdən sonra NK-nin tərkibi azalaraq 42 nəfərə enib. Bu 4 il ərzində Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Həmçinin MTN başçısı Eldar Mahmudov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Nəqliyyat naziri Ziya Məmmədov, Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib.

Bundan başqa, ötən ilin sonlarında prezident sərəncamı ilə Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Bu sərəncamdan sonra Təhsil Nazirliyinə yeni təyinat olmayıb. Bütün bunlar son 4 il ərzində Nazirlər Kabinetinin tərkibinin dəyişməsinə səbəb olub.

Xatırladaq ki, aprel ayının sonlarında Azərbaycan Kostitusiyasına əsasən buraxılması gözlənilən Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə heyətinin üzvləri, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol