• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı tərəddüd etmədən İrəvanı vuracaq – Sərkisyan

Bakı tərəddüd etmədən İrəvanı vuracaq – Sərkisyan
13.03.2018 15:04
Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.

Virtualaz.org xəbər verir ki, bu gün Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək "Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb.

Sərkisyanın fikrincə, Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.

"Digər tərəfdən, aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”, - Sərkisyan deyib.

Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. Mətbuatda belə şayiələr dolaşır ki, Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Sərkisyanın fikrincə, Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı "çox zəif” işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya "sıçramaq” üçün tramplin ola bilər.

Qeyd edək ki, Azərbaycan Ordusu doğrudan da son illər Naxçıvana böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən "Smerç” reaktiv yaylım atəşi sistemləri, "Solntsepyok” TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu fakt Rusiyadan aldığı "İsgəndər” raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol