• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın yeganə həll yolu budur - Rus ekspertlər

Qarabağın yeganə həll yolu budur - Rus ekspertlər
07.06.2018 13:58
Hazırda Moskvada səfərdə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnasakanyan səfər öncəsi "Dağlıq Qarabağ danışıqlar masasında əsas sözə sahib olmalıdır”, - açıqlamasını verdi. Güman ki, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə də bu məsələni gündəmə gətirəcək. Halbuki, bu, münaqişə zonasında müharibəni yenidən tətikləməkdir.

Publika.az xəbər verir ki, rusiyalı ekspertlər Ermənistanın Qarabağ planını şərh edib.

İrəvan Qarabağ üçün nə planlaşdırır?

Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Qarabağın danışıqlara cəlb edilməsi ilə bağlı İrəvanın bəyanatlarının təhlükəli olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hiyləgər oyun oynayır: "İrəvan Dağlıq Qarabağ ətrafında idarəolunan böhranı yaratmaq istəyir. Bununla həm də Rusiyanın qarşısında sual qoyur: "Qarabağa görə bizimlə döyüşəcəksiniz? Əgər döyüşməyəcəksinizsə, NATO ilə əməkdaşlığımıza mane olmayın”.
A.Fenenko hesab edir ki, Azərbaycan belə ritorikaya uzun müddət dözməyəcək.

"Fikrimcə, nəticədə münaqişə zonasında "aprel müharibəsi” kimi yeni müharibə başlaya bilər”, - deyə o bildirib.

Qarabağda müharibə başlayacaq

Ekspert Dmitri Verxoturov hesab edir ki, İrəvan danışıqlarda iki erməni tərəfini əyləşdirmək istəyir.

"Məlumdur ki, Azərbaycan separatçıların danışıqlara cəlb edilməsinə heç vaxt razı olmayacaq. Doğrudur, Azərbaycan Ermənistanın bu təklifinə cavab olaraq deyə bilər ki, danışıqlarda öz doğma yurdlarından qovulmuş və bu torpaqların qanuni sahibləri olan Dağlıq Qarabağın Azərbaycanlı icması da iştirak edə bilər. Bu baş verərsə, danışıqlarda dinamika yarana bilər. Lakin Ermənistanın təklif etdiyi "soyğunu qanuniləşdirmək” cəhdidir. Bu şəraitdə danışıqların aparılması mənasızdır. Beləliklə, Azərbaycan üçün güc variantı alternativsiz olur. Ehtimal ki, gec-tez Qarabağda müharibə başlayacaq və münaqişə məhz bu yolla həll olunacaq”, - deyə o vurğulayıb.

Bakı sərt şərtlər irəli sürəcək

Dağlıq Qarabağda bir neçə gün öncə baş verən etiraz aksiyalarına toxunan Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə hesab edir ki, Xankəndində baş verənlər Azərbaycanla müharibədə və danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədəcək.

Onun sözlərinə görə, Ermənistan Qarabağın danışıqlar prosesində iştirakını təklif etməklə prosesi lap əvvələ qaytarır: "Hərçənd, Azərbaycan Qarabağın azərbaycanlı icmasının danışıqlar prosesində iştirakı ilə bağlı sərt şərtlər irəli sürə bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol