• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən bəzi ölkələrə çağırış

XİN-dən bəzi ölkələrə çağırış
24.11.2014 14:05
Azərbaycan Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti"nin Fransa və ABŞ-a səfərinə münasibət bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında sözügedən ölkələri bu cür məsələlərə adekvat münasibət bildirməyə çağırıb. XİN rəsmisi qondarma rejimin nümayəndələrinin belə əməllərdən çəkinməsi üçün lazımi addımlar atılmasının vacib olduğunu vurğulayıb:"Məlum olduğu kimi, Ermənistan tərəfindən beynəlxalq səviyyədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviq olunması istiqamətində siyasət aparılır. Təcrübə göstərir ki, belə hallarda qondarma rejimin nümayəndələrinə Ermənistan tərəfindən pasportlar verilir. Bununla da qarşı tərəf yanlış məlumatlardırılır. Qondarma rejimi təmsil edən nümayəndələr Ermənistan Respublikasına aid olan pasportlar vasitəsi ilə xarici ölkələrə səfər edirlər. Bu səfərlər turistik xarakter daşıyır. Çünki heç bir halda belə səfərlər rəsmi xarakter daşımır. Qondarma rejimin nümayəndələri səfər zamanı rəsmi şəkildə qəbul olunmurlar". Hikmət Hacıyevin sözlərinə görə, qondarma rejimi təmsil edən nümayəndələrin səfər etdikləri ölkələr məsələyə adekvat münasibət bildirilməlidir: "Onların bu səfərlərdən çəkindirilməsi istiqamətində lazımi addımlar atılması çox vacib haldır. Biz o dövlətləri məsələlərə adekvat münasibət bildirməyə çağırırıq". Qeyd edək ki, qondarma rejimin nümayəndələri bu yaxınlarda Fransa və ABŞ-a səfər ediblər Səfər çərçivəsində bir sıra mərasimlərdə iştirak edən nümayəndələr bir sıra görüşlər də keçiriblər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol