• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev və Mattarella sərginin açılışında - FOTOLAR

Əliyev və Mattarella sərginin açılışında - FOTOLAR
19.07.2018 14:10
Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş "Ədəbiyyat xəzinəsi” adlı sərginin açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verdi ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir. Azərbaycanın milli mədəniyyətinin inkişafı üçün Şah İsmayıl əlverişli mühit yaradıb, I Şah Təhmasib isə bu mühiti qoruyub saxlayıb. Həmin illərdə dövlətçiliyin elmi və yaradıcı potensialı formalaşıb, Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi başa çatdırılıb, Azərbaycan dili dövlət işlərində üstün qüvvəyə malik olmağa başlayıb, Avropa ölkələri ilə geniş ticarət əlaqələri qurulub. Bütün bu amillər həmin dövrün incəsənət əsərlərində öz əksini tapıb. Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya – bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür. Lakin sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunun təşkil edir. Bu gün tamaşaçı bu möhtəşəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.

Sonra Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan" sərgisi ilə tanışlıq oldu. Bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı var.

Sərgidəki eksponatlardan biri "Bakı Ekspo 2025”in ərazisinin maketidir. Burada 295 hektar ərazinin planı göstərilir.

Sərgi ilə tanış olanlar, həmçinin Dövlət Bayrağı Meydanının, Bakı Ağ Şəhərin, Heydər Əliyev Mərkəzinin, Ali Məhkəmənin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Hökumət evinin, Azərbaycan Xalça Muzeyinin maketlərinə baxdılar.

Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisidir.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirdi ki, Federasiyanın və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır.

İtaliya Prezidenti Sercio Mattarella Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldıqlarını diqqətə çatdırıb.
 
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol