• $
  • €
  • ₽
  • ₺
  • £

Savaş dərinləşir: Paşinyan oğlunu Qarabağdan çıxardı

Savaş dərinləşir: Paşinyan oğlunu Qarabağdan çıxardı
24.05.2019 16:52
Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.
Bununla bağlı erməni KİV-i məlumat yayıb.

Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında - red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.
Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məsələni "Facebook” hesabında şərh edərkən bildirib ki, Ermənistan SQ istənilən hərbi qulluqçu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif münaqişələrdə və hərbi təlimlərdə iştirak edə bilər.

Burada daha bir vacib məqam var. Məlum olduğu kimi, Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Koçaryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə və torpaqları Azərbaycana satmaq cəhdində ittiham edib. Bunun ardınca "DQR” generalitetinin Paşinyan hakimiyyətini devirəcəkləri ilə bağlı and içdikləri barədə məlumat yayıldı. Bütün bunların fonunda Ermənistan baş nazirinin oğlunu Qarabağdan Ermənistana köçürtdürməsi həqiqətən də diqqət çəkir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol