• $
  • €
  • ₽
  • ₺
  • £

“Mkhitaryan Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar” - millət vəkili

“Mkhitaryan Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar”  - millət vəkili
25.05.2019 10:43
"Britaniyanın hansısa bir qəzetinin yazdığı cəfəngiyyata əhəmiyyət verməli deyilik".
 
Bu sözləri deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Ağacan Əbiyev deyib. Onun sözlərinə görə, İngiltərədə yalnız bir qəzet Azərbaycandakı yarışla bağlı boş-boş məlumatlar yayır. "O qəzet nədir ki, Azərbaycana qarşı qərəzli olsun? Bütün bunlar boş-boş söhbətlərdir. Onların hansısa qəzetinin yazdığını bütün Britaniyanın bizə qarşı kampaniyası kimi təqdim etmək olmaz. Hər eləsinə cavab versək, onda gərək işimizi bir kənara qoyaq, bunlarla məşğul olaq” – deyə, A.Əbiyev qeyd edib.
 
Deputat bildirdi ki, idmanı siyasətə qarışdırmaq olmaz: "Sadəcə, yarış ətrafında oyun düzəldirlər. Yarış qalıb kənarda, xırda işləri şişirdirik. Bizim mətbuat da gərək onlara fikir verməsin. Sonra özümüz şişirtdiyimiz o kiçik məsələdən qorxmağa başlayırıq.  Mən 1953-cü ildən idmanla məşğulam, çempion olmuşam. İdmandan vətənpərvərliyin təbliği üçün istifadə etmək lazımdır. Bəziləri hərdən bundan sui-istifadə edirlər”.
 
A.Əbiyevin fikrincə, Azərbaycan həmişə olduğu kimi, bu yarışı da yüksək səviyyədə təşkil edəcək:  "Belə kampaniyalara fikir verməyək. Hər danışılan qeybətə əhəmiyyət verməli deyilik. Kimsə hasarın tinində nəsə danışır, biz də münasibət bildiririk. Mən 15 il döyüşmüşəm, idman yarışlarına ermənilər də gəlib, onlara qalib gəlmişik. Bu günə kimi də hansısa təxribat yaşanmayıb.  İdman siyasətə gərək qarışmasın, qarışanda yarış mənasını itirir, siyasətə çevrilir. Bunu bir idmançı kimi deyirəm.
 
Biz Bakıda boks üzrə dünya çempionatı keçirmişdik, Ermənistan yığması üç idmançı ilə gəlmişdi. Heç kəs bilmədi ki, onlar gəliblər. Onlar kim idi ki, xüsusi qabardardıq? İndi "Arsenal”da o qədər oyunçu var, bir bu ermənidən danışırıq. Elə bil ki, o komanda yoxdur, tək erməni gəlib. Pele gəlsə ondan danışaq. Biz özümüzə yüksək qiymət verməliyik. Çünki ermənilərdən hər sahədə üstünük.  Erməni idmançılar bura gəliblər, qalib gəlmişik, hay-küy də olmayıb. Bu cür söhbətləri ortaya atırlar ki, oyun kənarda qalsın.  Sonra istəyirlər ki, müzakirə genişlənsin, reaksiya verək və söhbət uzansın. Biz reaksiya verməməliyik".
 
Federasiya rəsmisi yada saldı ki, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları ərəfəsində də kimlərsə uğursuz kampaniyalar təşkil eləmişdilər: "Özləri deyib, özləri eşitdilər. Nə oldu ki? Biz yarışları yüksək səviyyədə keçirdik, qaliblər medallarını qazandılar, şəhərin qonaqları rahat, sərbəst şəkildə gəzdilər. Onlar elə bilirlər ki, belə söhbətlər reytinqi qaldırır. Bu məsələləri böyütmək lazım deyil. Bir söhbəti ortaya atırlar, mal dərisi kimi dartırlar. Bir adamaoxşamaz erməni var, bütün media ondan danışır. Kimdir ki o ? Biz ondan niyə danışmalıyıq? Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar. Orada türk futbolçu da var. Ondan danışmaq, öz idmanımızdakı uğurlardan söz açmaq lazımdır. Bizim işimiz isə yüksək səviyyədə, dövlətin adına-sanına uyğun yarış təşkil etməkdir". 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol