• $
  • €
  • ₽
  • ₺
  • £

İsgəndər Həmidovun partiyası meşəyə yığışacaq

İsgəndər Həmidovun partiyası meşəyə yığışacaq
21.08.2014 09:30
Azərbaycan Milliyyətçi Demokrat Partiyası qurultaya hazırlıq işlərini demək olar ki, yekunlaşdırmaq üzrədir. Bu barədə partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri İsgəndər Həmidov “Yeni Müsavat”a bildirib. Onun dediyinə görə, qurultayın keçirilməsi sentyabr ayının sonuna nəzərdə tutulub: “Hələ ki, bizə qurultayımızı keçirmək üçün yer ayrılmayıb.Hakimiyyət Azərbaycan Milliyyətçi Demokrat Partiyasına qurultay keçirmək üçün yer verməsə qurultayı meşədə keçirəcəyik. Biz təbiət qoynunda da olsa qurultayı keçirəcəyik. Lakin bu zaman dünya Azərbaycanda siyasi durumun hansı səviyyədə olduğu haqqında təsəvvürə gələcək. Azərbaycan hakimiyyəti heç olmasa bunu nəzərə alıb bizə normal yer ayırsa yaxşı olar”.İ.Həmidov qeyd etdi ki, AMDP-nin rayonlarda konfransları keçirilib və bu proses davam edir: “Konfranslar zamanı şahidi olduq ki, ölkədə milliyyətçi ruhda sağlam gənclik var. Bu gənclik çox vətənpərvərdir. Təəssüf ki, ölkəmizdə gəncliyi də sındırmaq prosesi illərdir aparılır. Gəncliyi bir parça çörəyə möhtac qoyurlar ki, çörəyi naminə kimlərəsə yaltaqlansın. Belə bir vəziyyətdə vətənpərvər, qürurunu qoruyan gənclərin qalmasının özü böyük işdir. Bu cür gənclər gələcəyə ümid verir. Milliyyətçi Demokrat Partiyasına gənclərin gəlişinin qurultayda şahidi olacaqsınız”.İ.Həmidov oktyabr-noyabr aylarından Azərbaycanda siyasi proseslərin aktivləşməsi prosesinin start götürəcəyini də söylədi: “Bu proseslərdə bizim partiyamız da fəal olacaq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol