• $
  • €
  • ₽
  • ₺
  • £

Sədr təyin olunan Valeh Ələsgərov kimdir? - DOSYE

Sədr təyin olunan Valeh Ələsgərov kimdir? - DOSYE
25.11.2019 16:50
Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

Anews.az bildirir ki, Prezident İlham Əliyev Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunan Valeh Ələsgərovun tərcümeyi-halını təqdim edirik:
O,1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.

1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Bitərəfdir.
2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Evlidir, 4 övladı var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol