• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazovdan ciddi TAPŞIRIQ

Vilayət Eyvazovdan ciddi TAPŞIRIQ
16.12.2019 14:05
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov nazir postuna təyinatından sonra bir sıra islahatyönümlü qərarlar imzalayıb. Bu vəzifəni icra etdiyi altı ay ərzində həyata keçirdiyi kadr təyinatları, vətəndaşların şəxsiyyət vəsiqələrini ölkənin istənilən yerindən ala bilməsi, "102” xidmətinə müraciət edən şəxslərin polis idarələrinə çağırılmadan izahatların alınması və avtomobillərə vurulan "plyonka” ilə bağlı qanunvericiliyə dəyişiklik edilənədək məhdudiyyətin aradan götürülməsi barədə əmrləri əhali arasında müsbət mənada ictimai müzakirəyə səbəb olub.

Bu dəfə nazir polis işçilərinin məzuniyyət və istirahət hüquqlarının daha da yaxşılaşdırılması ilə bağlı göstəriş verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin imzaladığı göstərişdə qeyd olunub ki, daxili işlər orqanlarının şəxsi heyətinin istirahət hüququnun təmin edilməsi ilə bağlı vəziyyət bütövlükdə qənaətbəxş olsa da, bəzi qurumlarda nöqsanlara yol verilir.Araşdırma zamanı məlum olub ki, bəzi rəhbər vəzifəli şəxslər əməkdaşları zərurət olmadan istirahət günləri xidmətə çağırır, məzuniyyətlərini müxtəlif bəhanələrlə məhdudlaşdırırlar. Bu cür neqativ hallar isə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi kimi gərginliklə müşayiət olunan vəzifələrin icrasına mənfi təsirsiz ötüşmür.
Vilayət Eyvazov araşdırmanın bu nəticəsini əsas tutaraq nazirlikdə vəzifə tutan rəhbər şəxslərdən tələb edib ki, hər bir əməkdaşın həftə ərzində bir gün istirahət etməsi üçün lazımi şərait yaradılsın. Əməkdaşların məzuniyyət hüququndan istifadə etməsinə həssaslıqla yanaşılmasını və məzuniyyət günlərinin ədalət və növbəlilik prinsipləri əsasında bölünməsini tapşırıb.

General-polkovnik V.Eyvazovun göstərişində qeyd olunub ki, dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, müstəntiq və təhqiqatçıların təlimatlandırmalara və prosessual fəaliyyət ilə bağlı olmayan digər tədbirlərə cəlb edilməsinə yol verilməsin.

Bu göstərişin icrasına nəzarət nazir müavinlərinə, Baş Kadrlar və Şəxsi Heyətlə İş İdarələrinə tapşırılıb. Əlavə olunub ki, polis əməkdaşlarının istirahət hüquqlarına riayət edilməsinin vəziyyəti rübdə bir dəfə araşdırılıb nazirə məruzə olunmalıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol