• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərə şad XƏBƏR

Fermerlərə şad XƏBƏR
19.12.2019 10:26
Nazirlər Kabineti Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarla bağlı izahında bildirilir ki, beynəlxlaq təcrübə də nəzərə alınıb.
Eyni zamanda, ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru.

İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq.

Heyvandarlıq sahəsində

Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar.

Suda yetişdirilən məhsullar üzrə

Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50%-ni öz üzərinə götürəcək.
Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq.
Həmçinin fermerlərin himayəsini gücləndirəcək. İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir edəcək. Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq.

Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək. Ərzaq təhlükəsizliyinə töhfə verəcək. Sığorta bazarını gücləndirəcək.
Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb.

2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol