Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirildi

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.
A.Bəşirov bu gün Bakıdakı 3-cü Fəxri Xiyabanda torpağa tapşırılacaq. Mərhumun yas mərasimi Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Türkiyədə vəfat edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























