• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA: Dekabrda 80, ötən il ümumilikdə 4701 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Dekabrda 80, ötən il ümumilikdə 4701 partlamamış hərbi sursat zərərsizləşdirilib
01.01.2020 20:28
2019-cu ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 291 944 kv.m (129,19 ha) ərazi yoxlanılmış, 77 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 80 ədəd) aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
 
Dekabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1 (bir), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 7 (yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) və Rayon İcra Hakimiyyətindən (RİH) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 15 çağırış). Müraciətlər əsasında 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 6 381 kv.m ərazi yoxlanılmış, 22 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi: 23 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.
 
Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kv.m (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol