• $
  • €
  • ₽
  • ₺
  • £

“Gürcüstan Qarabağ müharibəsinə cəlb oluna bilər”

“Gürcüstan Qarabağ müharibəsinə cəlb oluna bilər”
06.08.2014 09:13
Georgi Marqvelaşvili: “Azərbaycanla Ermənistanın dil tapacağına əminəm...”Gürcü eksperti Mamuka Areşidze hesab edir ki, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə başlayacağı təqdirdə Gürcüstan mütləq müharibəyə cəlb olunacaq. Musavat.com-un gürcü KİV-lərinə istinadən verdiyi xəbərə görə, politoloq ötən müharibədə də analoji halın yaşandığını söyləyib.Onun sözlərinə görə, əvvəla, ölkə hər iki tərəfdən qaçqınlar qəbul eləməli olacaq: “Həmçinin hər iki tərəfin Gürcüstan ərazisində diversiya törətmək istəyi unudulmamalıdır - azərbaycanlılar Ermənistana gedən qaz kəmərinə, ermənilər isə Gürcüstandan keçən kəmərlərə qarşı nəsə edə bilərlər. Bu qəbildən başqa fəallaşmalar da istisna deyil. Bundan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında lokal münaqişələr mümkündür. Ən əsası, müharibə olarsa, regiondakı iqtisadi aktivliyə nöqtə qoyulacaq”.Ekspertin fikrincə, Gürcüstan birbaşa və ya dolayısıyla konfliktə cəlb olunsa, rəsmi Tiflisə nəsə eləmək çətin olacaq. “Yeganə vasitəçilik rolunu yerinə yetirmək olar. Başlıcası, bu qarşıdurmanın kimə sərf elədiyini müəyyən eləməkdir”, - deyə gürcü politoloq sonda vurğulayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə Azərbaycanla Ermənistanın dil tapıb razılıq əldə edəcəyinə əmin olduğunu söyləyib. Qarabağ cəbhəsindəki son durumdan narahat olan prezident deyib: “Gürcüstan hakimiyyəti bizim iki qardaş dövlətimiz arasında yaranan situasiyadan narahatdır. Mən regionda gərginliyinin azaldılmasına edilən çağırışlara qoşulmaq istəyirəm. Bu, həm Ermənistan, həm Azərbaycan, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Bölgədə sabitlik hamımız üçün vacibdir. İki ölkə arasında dialoq davam etməlidir və mən əminəm ki, onlar ümumi dil tapacaqlar”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol