• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər yeni ərazilər işğal etmək istəyirlər - AÇIQLAMA

Ermənilər yeni ərazilər işğal etmək istəyirlər - AÇIQLAMA
26.08.2020 16:55
Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ ərazisində olan separatçı rejimin rəhbəri Arayik Arutyunyan gənclərlə görüşündə növbəti dəfə dövlətimizə qarşı həyassız və hədələyici bəyanatla çıxış edib.

Məlumata görə, qondarma rəhbər görüşündə Xankəndinin Azərbaycan tərəfindən atəşə tutulacağı təqdirdə  "Kirovabad (Gəncə) bizim hədəfimizdədir. Əgər Stepanakertə bir mərmi və ya bomba atmağa cəhd etsəniz, cavabını Kirovabadda alacaqsınız”, mesajını verib.
 
Deputat Aydın Mirzəzadənin sözlərinə görə, bu ermənilərin növbəti provokasiyasıdır.

"Ermənilərin bu bəyanati Azərbaycanı qorxutmaq, Azərbaycan cəmiyyətində həyəcan yaratmaq üçün yayılıb.  Nə Ermənistanın, nə də onun işğal etdiyi rejimin hər hansı gücü yoxdur. Azərbaycanın kifayət qədər hərbi potensialı var və lazım olanda bunun qarşsını ala bilir. Son Tovuz döyüşləri buna bir nümunədir. Ermənistan yaxşı bilir ki, Azərbaycan torpaq itkisi ilə razılaşmır. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razı olmayacaq. Bu cür provokasiyalarla ermənilər daxili audiroriyanı sakitləşdirməyə çalışırlar. Amma unudublar ki, gec-tez torpaqlarımızı qaytarmalı olacaqlar.  Azərbaycan bunu hansı yolla edəcəyini şərait göstərəcək”.
 
Politoloq Zaur Məmmədovun fikrincə, isə ermənilər tez-tez Gəncə və Mingəçevirlə bağlı bəyanatlar verirlər.

"Gəncə separatçı rejimə və ümumilikdə Ermənistana ən yaxın Azərbaycanın böyük şəhəridir. Buna görə də Gəncəni hədəf seçiblər. Hər halda separatçı rejim öz gününə ağmalıdır və öz müdafiəsini düşünsün. Separaçkı rejimin əlində heç bir resurslar yoxdur ki, Gəncəyə və ya digər Azərbaycan rayonlarına  hər hansı bir güllə atsın. Bu qorxu içində verilən bir bəyanətdır.
 
Politoloq onu da əlavə edib ki, Ermənistan rəhbərliyi son zamanlar Azərbaycan və Türkiyə arasında artan hərbi əməkdaşlıqdan çox ciddi şəkildə narahatdır.
 
"Onlar bilir ki, Azərbaycan və Ermənistan arasında hərbi əməkdaşlıq sonda Ermənistan dövlətinin çökdürülməsi ilə nəticələcək. Artıq Azərbaycan və Türkiyə tərəfi Ermənistana xəbərdarlıq da edib. Ümumiyyətlə regionda çox ciddi hadisələr gedir və bu hadisələri biz kontekstdən keçirməliyik . Son hadisələr onu göstərir ki, Ermənistan dövləti ərazi və rayonları qaytarmaq iddiasında deyil. Əksinə yeni rayonları işğal etmək istəyirlər. Belə olan halda Azərbaycanın başqa şansı qalmır və Xankəndi Azərbaycan hərbiçilərini yaxın zamanda top atəşinə tutacaq” ,– deyə politoloq  bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol