Prezident Fikrət Qocaya zəng edib təbrik etdi

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.
Dövlətimizin başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb.
Dövlətimizin başçısı Fikrət Qocanın "İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























