• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ

Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
25.08.2020 17:45
Azərbaycan əhalisinin yarıdan çoxu yerli icra hakimiyyətlərinə və məhkəmələrə etibar etmir.

Anews.az xəbər verir ki, bu dövlət qurumu olan Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusunda məlum olub. 
STM-in məlumatına görə, sorğuda məlum olub ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7 faiz) ölkə Prezidentinə etibar edir. Prezidentə "tam etibar edirəm” deyənlər isə 90,8 faiz təşkil edir. Rəyi soruşulanlar arasında parlamentə etibar edənlər isə 57,4 faiz olub. 

Sorğuda ən maraqlı nəticələr əhalinin yerli icra hakimiyyətləri və məhkəmələrə münasibətini öyrənəndə ortaya çıxıb. Məlum olub ki, respondentlər arasında yerli icra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faiz, məhkəməyə  etibar edənlər isə cəmi 49%-dir. Başqa sözlə, rəyi soruşulanların yarıdan çoxu bu qurumlara etibar etmir. 

Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumatm göstərilməyib. Amma "Hansı sahədə daha çox islahatlara ehtiyac var?”
 sualına cavab verənlərin yarıdan çoxu icra hakimiyyətinin (53.7 faiz), 45,7 faizi isə məhkəmələrin adını çəkib. «Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir»-deyə STM-in açıqlamasında bildirilir. 
Qeyd edək ki, mart ayında keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Respondentlər təsadüfi qaydada seçilmiş 101 klasteri təmsil ediblər. 

Sorğu arealı aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikasında və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol