• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 3 gənc yüksək vəzifəyə təyin olundu - DOSYE

Azərbaycanda daha 3 gənc yüksək vəzifəyə təyin olundu - DOSYE
25.08.2020 22:16
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası tərəfindən Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edilib.
Rövşən Nəcəf Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. ABŞ-ın Kolumbiya Universitetinin İqtisadi Siyasətin İdarəedilməsi / Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 2003-2010-cu illərdə İqtisadiyyat Nazirliyi və SOCAR-ın Sərmayələr İdarəsində, 2012-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda iqtisadiyyat nazirinin müavinidir.
1981-ci ildə ildə anadan oan Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktorudur.
Ruslan Əlixanov Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər” ixtisası üzrə məzunudur. ABŞ-ın Missuri-Sent-Luis Universitetini bitirib. 2018-ci ildən "Boston Consulting Group” şirkətinin MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupunun (BCG TURN) rəhbəri vəzifəsində işləyir, "McKinsey and Company” şirkətinin partnyoru, Dünya Bankında layihə meneceri və bir neçə beynəlxalq şirkətlərin rəhbər vəzifələrində çalışıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol