• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ!- Baş prokuror bu şəxsi xidmətdən qovdu

SON DƏQİQƏ!- Baş prokuror bu şəxsi xidmətdən qovdu
26.08.2020 14:46
Baş prokuror Kamran Əliyev pozuntulara yol verən prokuror köməkçisini orqandan xaric edib.

Baş Prokurorluqdan anews.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.

Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.

Toplanmış materiallar Baş Prokurorluğun "İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub. 

İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub. 

Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol