• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Tsalikov Azərbaycana gəldi - FOTO

Ruslan Tsalikov Azərbaycana gəldi - FOTO
03.09.2020 17:16
Sentyabrın 3-də Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Anews.az.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.

Qonaqları salamlayan nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin də müzakirə olunduğu görüşdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.

Tərəflər bu günlərdə "Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz kuboku” müsabiqəsinin əhəmiyyətindən danışıblar.

R.Tsalikov da ölkəmizin "Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol