Əli Həsənovun müalicə aldığı deyilən klinikadan AÇIQLAMA: “Burada elə bir xəstə yoxdur”

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur "Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.
"Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.
Halbuki bir müddət əvvəl Əli Həsənovun "Ersek” ürək-cərrahiyyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən "Ersek” klinikasına yerləşdirilib.
Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























