• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Fondundan Ordumuza böyük dəstək

Heydər Əliyev Fondundan Ordumuza böyük dəstək
27.10.2020 12:30
Heydər Əliyev Fondu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladılan əks-hücum əməliyyatında tarix yazan Ordumuza növbəti dəfə yardım edib.

Anews.az xəbər verir ki, bu barədə hərbi ekspert Abuzər Əbilov sosial şəbəkə hesabında məlumat verib. 
 
O, köməyin nədən ibarət olduğunu açıqlamasa da, bunu əsgər və zabitlərimizin növbəti uğurları üçün çox əhəmiyyətli hadisə adlandırıb.  

"Başda Ali Baş Komandan olmaqla, ölkənin Birinci xanımı Mehriban Əliyevaya böyük fərəhlə minnətdarlığımı bildirirəm. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri sadalamağa burada yerim çatmaz. Bu günlərdə Ordumuzun əsgər və zabitlərinə texniki vasitə ilə elə bir köməklik etdi ki, vallah bunu eşidəndən sonra daha böyük bir fərəh hissinə inanmıram. Deməyəcəyəm nədir. Amma inanın, çox böyük bir işdir. Bir daha savaşçılığınız və millət analığınız qarşısında şərəf duyuram və baş əyirəm!”, - deyə ekspert qeyd edib.

Xatırladaq ki, bundan əvvəl də Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələr Yardım Fonduna köçürmüşdü. Həmçinin oktyabr ayının əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələr Yardım Fonduna ianə etmişdilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol