• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"

Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
27.10.2020 16:52
"Əsas məsələ Azərbaycan torpaqlarının işğalına son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ermənistan bu torpaqları işğal edib və onları qaytarmaqdan boyun qaçırır. Biz ATƏT-in himayəsində bu münaqişənin həlli üçün 1992-ci ildən, yəni 28 ildir danışıqlar aparırdıq, həmişə də bu formata sadiq olduğumuzu vurğulamışıq”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın "Milli müdafiə” jurnalına müsahibəsində deyib.

"Əfsuslar olsun ki, indiyədək Ermənistan tərəfindən konstruktiv yanaşma əlamətləri görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT və s. təşkilatların sənədlərini rədd edib. Ermənistan danışıqları hər vasitə ilə uzadaraq danışıqlar masasında əvvəl əldə edilmiş razılaşmalardan imtina edib, eyni zamanda münaqişə bölgəsində mütəmadi təxribatlar törədib. Bütün bunlar sonsuza qədər davam edə bilməzdi”, - deyə nazir vurğulayıb.

Ermənistana qarşı hər hansı ərazi iddialarının olmadığını diqqətə çatdıran nazir daha sonra bildirib: "Biz sərhədləri pozmur, onlara qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan silahlı qüvvələri yalnız Azərbaycan ərazisində, ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim fəaliyyətimiz BMT Nizamnaməsinin özünü müdafiə hüququnu təsbit edən 51-ci maddəsinə, beynəlxalq hüququn başqa təməl norma və prinsiplərinə söykənir.

Bir daha deyirəm, Azərbaycan tərəfinin başlıca məqsədi, amalı BMT TŞ-nin qətnamələrində, ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının suveren torpaqlarının işğalına son qoymaqdır. Ermənistan rəhbərliyi, doğrudan da, sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol