• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənin hücum etmək cəhdlərinin qarşısı alınıb

Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənin hücum etmək cəhdlərinin qarşısı alınıb
29.10.2020 09:16
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub, i, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmən hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol