• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova: Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə Cenevrədə görüş razılaşdırılıb

Zaxarova: Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə Cenevrədə görüş razılaşdırılıb
29.10.2020 18:14
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə Cenevrədə növbəti görüşü razılaşdırılıb.

"Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyət hələ də ağırdır, hərbi qarşıdurma davam edir. Odur ki, münaqişənin tezliklə səngiməsi, danışıqlar prosesinin yenidən başlaması üçün biz həm ölkə olaraq, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində gərgin səylərimizi davam etdiririk”, - deyən XİN nümayəndəsi daha sonra qeyd edib:

"Oktyabrın 23-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ABŞ dövlət katibi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşləri olub. Həmin görüşlərdən sonra tərəflər oktyabrın 26-sı saat 08:00-dan humanitar atəşkəsi bərpa etmək niyyətində olduqlarını təsdiqləmişdilər. Təəssüf ki, həmin tarixdə döyüş əməliyyatlarını dayandırmaq üçün dünya birliyinin göstərdiyi növbəti səylər də nəticəsiz qaldı.
 
Sonrakı addımları müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərilə 30 oktyabr tarixində Cenevrədə görüş keçirmələrinə dair razılıq əldə edilib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol