Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir - RƏSMİ
31.10.2020 17:33
"Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.
Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib: "Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür".