• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan rəhbərliyi İlham Əliyevi imitasiya etməyə çalışır”

“Ermənistan rəhbərliyi İlham Əliyevi imitasiya etməyə çalışır”
03.11.2020 15:19
"Bu gün də cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələri təxribat törətməyə cəhd ediblər”.

Anews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, Azərbaycan Ordusu tərəfindən təxribatların qarşısı alınıb:

"Beynəlxalq ictimaiyyətin ölkəmizə olan dəstəyi də Prezident İlham Əliyevin bildirdiyi kimi uzun illər ərzində qurulan diplomatik münasibətlərin nəticəsidir. 

Ermənistan Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Buna cavab olaraq Prezident İlham Əliyev sentyabrın 27-dən noyabrın 2-dək beynəlxalq və nüfuzlu media orqanlarına 24-dən artıq müsahibə verib. Bəzi müsahibələr bir və ya iki saat davam edib. Prezident İlham Əliyev bununla da Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistan rəhbərliyi də cənab Prezidenti imitasiya etməyə çalışır. 

Prezident İlham Əliyevin müsahibələrində provokativ suallar da olub. Dövlət başçısı buna baxmayaraq medianın azadlığına hörmətlə yanaşaraq bütün sualları cavablandırıb. 

Dünya mətbuatında Azərbaycanın haqq savaşını ədalətli, obyektiv yayımlayan media qurumları Ermənistan lobbisi tərəfindən təzyiqlərə məruz qalır və hətta jurnalistləri fiziki məhv etməklə hədələyirlər”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol