• $
  • €
  • ₽
  • ₺
  • £

"17 il ərzində görülən işlərin bir hissəsi məxfidir" - Ramil Usubov

"17 il ərzində görülən işlərin bir hissəsi məxfidir" - Ramil Usubov
04.11.2020 11:17
"17 il ərzində görülən işlərin bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur".

Anews.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan” qəzetinə müsahibəsində deyib.

R.Usubov bildirib ki, Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır: "Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi. 28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu və bu proses inamla davam edir.

Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Mən 17 il ərzində görülən işlərin detalları barədə danışmağa, prosesin geniş təfərrüatını açıqlamağa lüzum görmürəm. Bunların bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur - hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də elə hər gün Prezidentin qələbə "tvit”lərində görür, qürurlanırıq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol