Səfir: "Gürcüstandakı soydaşlarımız da Azərbaycanın zəfərlərinə sevinirlər"

"Bu gün Azərbaycan üçün ikiqat bayramdır. Həm zəfər bayramı, həm də Dövlət Bayrağı Günü qeyd olunur".
Anews.az xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanda yaşayan soydaşlarımızı bayramlar münasibətilə təbrik edib: "Yüzlərlə soydaşımız səfirliyə zəng vuraraq Azərbaycan dövlətinə dəstəklərini ifadə edirlər, qələbə sevinclərini bölüşülər. Ümidvarıq ki, qələbə günlərimiz çox olacaq, işğal altındakı bütün torpaqlarımız azad olunacaq və biz əzəli torpaqlarımıza qayıdacağıq".
www.anews.az
Son xəbərlər 
Daha çox 























