• $
  • €
  • ₽
  • ₺
  • £

Peskov: “Sazişdə Türkiyə sülhməramlıları haqda bir kəlmə də yoxdur, status barədə də heç nə yoxdur...”

Peskov: “Sazişdə Türkiyə sülhməramlıları haqda bir kəlmə də yoxdur, status barədə də heç nə yoxdur...”
10.11.2020 14:14
Rusiya, Ermənistan və Azərbaycan liderləri Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi barədə razılaşma əldə etməyiblər. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi heç kimlə razılaşdırılmayıb.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə Rusiya ilə yanaşı Türkiyə sülhməramlı qüvvələrinin də regiona yeridiləcəyi haqda xəbərlər yayılmışdı.

"Mən bu deyilənləri aşağıdakı şəkildə şərh edə bilərəm: dərc edilmiş bəyanatın mətnində bu haqda bir kəlmə də yoxdur, bu haqda üç tərəf razılaşma əldə etməyib və türk əsgərlərinin Qarabağa daxil olması razılaşdırılmayıb”,-Peskov jurnalistlərə bildirib.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, bəyanat mətnində Dağlıq Qarabağın statusu haqda da heç nə deyilmir. "Bu məsələ barədə mövcud fəaliyyətdə olan sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edəcəklər”,-o deyib.

Mövcud sənədlər deyəndə nəyin nəzərdə tutulduğu isə dəqiqləşdirilmir.

Peskov atəşkəsə nəzarət edən monitorinq mərkəzinin yaradılmasına gəldikdə isə bildirib ki, belə mərkəz Azərbaycan ərazisində (?!) yaradılmalıdır və ayrıca razılaşmanın predmeti olacaq. "Bu, Qarabağa aid deyil”,-Peskov deyil.


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol