• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçuluğa çağırış edən ermənilərlə bağlı cinayət işi açıldı - RƏSMİ

Terrorçuluğa çağırış edən ermənilərlə bağlı cinayət işi açıldı - RƏSMİ
12.11.2020 15:48
Ölkə ərazisində ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat, terror aktı və digər cinayətkar əməllərin törədilməsinə cəhdlərin qarşısının alınması, habelə bu tipli əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.

Araşdırmalarla Ermənistan Respublikasının vətəndaşı, işğalçı ölkənin «Demokratiya naminə Tərəfdaşlıq» Mərkəzinin sədri, habelə "Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki "Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, "Prospekt" Regional və Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilmişdir.


Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.


Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkə ərazisində, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına qarşı yönələn istənilən hüquqa zidd əməlin qarşısının alınmaqla, cinayətkar əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol