• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda Rusiya və Türkiyə əməkdaşlığı necə olacaq?- 21-ci əsrin MÜQAVİLƏSİ

Qarabağda Rusiya və Türkiyə əməkdaşlığı necə olacaq?- 21-ci əsrin MÜQAVİLƏSİ
12.11.2020 17:15
Müəllif: Samirə Əliyeva 
 
Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
 
Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə görə, bölgədə atəşkəsin bərqərar olmasına Rusiyar sülhməramlılar nəzarət edəcək. Azərbaycan prezidenti İlham Əliyev Rusiya sülhməramlıları ilə birgə Türkiyə hərbçilərinin də müşahidə prosesində iştirak edəcəyini bəyan edib. 
 
Bununla bağlı noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında "Atəşkəs Monitorinq Mərkəzi haqqında” müqavilə imzalayıb.

İmzalanan müqavilənin tam mətni hələlik ictimaiyyətə təqdim edilməyib. 
 
Siyasi məsələlər üzrə ekspert Nazim Cəfərsoy düşünür ki, Yerevanda davam edən etiraz prosesi həm bəyanatın ümumi məzmununa, həm də detallarına qarşıdır.
 

"Təsadüfi deyil ki, Ermənistanda siyasi proseslər bu qədər xaosla davam edir. Xalq baş nazir Nikol Paşinyanı xainlikdə günahlandırıb, istefasını tələb edir. Müqavilədə Azərbaycan tərəfinin xoşuna gəlməyən məqamlar olsa da, Ermənistan tərəfinin ürəyincə olmayan məqamlar daha çoxdur
Fikrimcə, imzalanmış bəyannaməni maddələrinin detalları var. Bu detalları bəyannamənin əlavə protokolları kimi saymaq olar. Bu detallarda proseslərin tənzimlənməsinə aydınlıq gətirən bəzi mühüm məqamlar var. Bu məqamlar arasında Ermənistan əleyhinə olanlar da var. Ola bilsin ki, bu detallar Paşinyanın komandası- Moskvadakı Ermənistan havadarları tərəfindən Ermənistan müxalifətinə ötürülüb. İrəvandakı etiraz prosesi həm bəyanatın ümumi məzmununa, həm də detallarına qarşıdır.”.

Türklər Azərbaycana neçə nəfərlik  heyətlə gələcəklər sualına cavabında isə Cəfərsoy bildirib ki, Türkiyə ilə Rusiya arasında "Suriya” təcrübəsi var.
"Heyətlə bağlı detalların açıqlanmaması Ermənistanın daxilində narazılıqları artırmamaq üçündür. Bu prosesin ciddi olduğunu və Azərbaycan tərəfinin də məhz bu səbəbdən prosesə razı olduğunu düşünürəm. 10 noyabrda imzalanan bəyanat Suriyaya dair Astana prosesinin fərqli versiyasıdır. Türkiyənin təkcə monitorinq edəcəyini zənn etmirəm. Onların iştirakı həm də praktiki şəkildə də özünü göstərəcək. Məsələn, bölgədə hər hansı hadisə baş verərsə təbii ki, türk hərbçiləri sadəcə telefonla məlumat almayacaq, onlar da hadisə yerində olacaqlar. Yəni Türkiyə sülhməramlılarının iştirakı müqavilədə sadəcə monitorinq kimi göstərilə bilər, amma praktikada fərqli olacaq. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyub Ərdoğanın çıxışında dediyi  "eyni funksiyaları yerinə yetirəcəyik”  cümləsində də görmək olar”,- deyə siyasi analitik vurğulayıb.
 
Sosial tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc isə bildirib ki, Ermənistan ordusu nəinki Azərbaycanın silahlı qüvvələrinə təkcə məğlub olmayıb,   həm də türk ordusu artıq Ermənistanla sərhədə gəlib çıxıb.
 


"Ümumi şəraitdə erməni xalqını sakitləşdirmək üçün hər hansısa açıqlamalar verilə bilər. Amma düşünürəm ki, Rusiyanın istər yaxın Şərqdə, istər digər məkanlarda Türkiyə ilə olan münasibətləri bir məsələ ilə bağlıdır. Regionu bütövlükdə açsınlar. Yəni Qarabağ artıq Azərbaycanın digər əraziləri ilə heç də fərqlənməyən sıradan bir ərazisi olacaq. Tək o qalır ki, kommunikasiya xətləri açılsın. Daha sonra isə 1989-cu ilin statistikasına görə yaşamış, Qarabağdan çıxan heç bir cinayət törətməyən hər hansı bir erməni geri qayıtmaq istəyəcəksə, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyəcəksə bununla bağlı məsələdə həmin kontingentin məhdud sayda təmsilçiləri rol oynayacaqlar. İndiki məqamda  isə sülhməramlı qüvvələr oradan hərbi qüvvəni çıxarmaq üçündür”.

Deputat deyir ki,Azərbaycan ilə Türkiyə  hərbi qüvvələrinin regionda təmsilçiliyinə dair hər hansı maneə yoxdur.

" İnanmıram ki, Rusiya tərəfi qardaş ölkənin nümayəndələrinin istər Şuşa, istər Kəlbəcər və ya digər işğaldan azad edilmiş ərazilərində təmsilçiliyinə qarşı olsunlar. Rusiya özü bölgənin tam açılmasında maraqlı olmasaydı, Naxçıvan dəhlizi məsələsinin bəyanatda əksini tapmasını bəlkə də görməzdik. Düşünürəm ki, ənənəvi yanaşmalar- 90-cı illər, Qorbaçovun dövründə rus ordularının Azərbaycan əleyhinə işğalda yer almasından qaynaqlanan narahatlıqları Vladimir Putin də son 45 gündə dəyərləndirib”,-deyə Zahid Oruc bildirib.

Türkiyədən gələn heyətin sayı və səlahiyyətləri ilə bağlı isə Z.Oruc qeyd edib ki, Rusiya həbi qüvvələrinin malik olduğu bütün səlahiyyətlər Türkiyənin hərbi qüvvələrində də tətbiq ediləcək.
"Məsələn, Suriyada ayrı ayrı ərazilərdə birgə patrul xidmətləri, logistik işlərə baxan xidmətləri var. Türkiyədən gələn heyətin sayı və səlahiyyətləri o nöqtədə Rusiya ilə uzlaşdırılmış olacaq ki, məlum 16 müşahidə postları yaradılır. Lakin Türkiyənin dayandığı nöqtələr  və səlahiyyətlərin bölgüsündə fərqlər olacaq. O da mülki ermənilərin özlərini təhlükədə hiss etməmələri ilə bağlı ola bilər”.
 
Bu gün mediada yayılan məlumatlara görə, 1 960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Bildirilir ki, toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə heç bir erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol