• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Ərdoğan daim dialoqdadırlar - Kreml

Putin və Ərdoğan daim dialoqdadırlar - Kreml
13.11.2020 14:29
"Türkiyənin Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur”.

Anews-ın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqe tutub: "Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızla ciddi şəkildə razılaşmadıq və razılaşmırıq. Bu, ən yüksək səviyyələr də daxil olmaqla bütün səviyyələrdə sıx əməkdaşlığımızı davam etdirməyimizə mane olmur. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim dialoqdadırlar. Müəyyən fikir ayrılıqlarının olması halında, prezidentlərin münasibətləri, lazım gəldikdə, bir sıra regional problemlərin həllini asanlaşdırmaq üçün səylərimizi birləşdirməyə imkan verir”.

Kremlin sözçüsü Putin və Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatına hazırlıq zamanı danışdıqlarını təsdiq edib: "Ümumilikdə, Rusiya və Türkiyənin maraqların üst-üstə düşmə nöqtələri çoxdur. Hər iki ölkə makroregionda sabitliyin olmasında maraqlıdır. Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əməkdaşlıq, investisiya əməkdaşlığı baxımından bir çox qarşılıqlı maraqları var. Əməkdaşlıq həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Siyasət 13:12
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Siyasət 12:33
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol