• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidmətindən vətəndaşlara müraciət

Dövlət Xidmətindən vətəndaşlara müraciət
13.11.2020 16:26
Azərbaycan Respublikasının Silahlı Qüvvələri 30 ilə yaxın bir müddətdə Ermənistan Respublikası tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmişdir. İşğal nəticəsində bir milyon nəfərə yaxın Azərbaycanlı ata-baba yurdundan didərgin düşmüş, ərazidə olan bütün infrastruktur məhv edilmiş, eləcə də tarix və mədəniyyət abidələrimiz Ermənistan Respublikasının təcavüzkar siyasətinin qurbanına çevrilmişdir.

Ötən müddət ərzində Ermənistan tərəfi qeyri-qanuni fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşən müxtəlif dövrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmiş, bir qismini mənimsəmiş, bir qismini isə vandalizm aktlarına məruz qoymuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə yerləşən milli-mədəni irsimiz diqqətdə saxlanılacaq, bərpa olunaraq yenidən xalqımıza qaytarılacaqdır.

Vandalizmə, dağıntıya və erməniləşdirməyə məruz qalmış tarix və mədəniyyət abidələrinin ilkin görkəminə qaytarılması üçün vətəndaşlarımızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsünə dəstək göstərməyə çağırırıq. Vətəndaşlarımızdan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhər və rayonlarımızda yerləşən tarix və mədəniyyət abidələrinin və ya həmin abidələrin fonunda çəkilmiş fotoları skan edilmiş formatda Dövlət Xidmətinin rəsmi elektron ünvanına göndərmələri xahiş olunur.

Qabaqcadan milli-mədəni irsimizin bərpa olunaraq yenidən xalqımıza qaytarılması işinə dəstək göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol