• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Şuşada türk əsgəri Ermənistandan başqa heç kəsi qorxutmasın..

Zahid Oruc: Şuşada türk əsgəri Ermənistandan başqa heç kəsi qorxutmasın..
15.11.2020 11:32
Mötəbər mənbələrə görə Fransa rəhbərliyi 10 noyabrda üç dövlət arasında əldə olunmuş razılaşmanı pozmaq üçün ardıcıl cəhdlərə əl atır. Sazişi tanımamaq, Dağlıq Qarabağa status tələb etmək, daha sonra Azərbaycanın hərbi-siyasi uğurunu təftiş etmək və Cənubi Qafqazda formalaşan yeni geopolitikaya düzəlişlər etmək niyyətilə rəsmi Paris aktiv hərəkətə keçib. Bu, əlbəttə bir tərəfdən yaxşıdır, çünki uzun on illər gizli saxlanılan məqsədlər tam açılıb və Minsk qrupunu bitirmək üçün ölkəmizə yetərli əsaslar verilib.

O biri yandan,  Qarabağ məsələsi Türkiyə və Rusiyanı daha da birləşdirir. Onlar qarşıdakı aylar ərzində birgə çalışacaqlar və qırıcı rəqabət, sərt toqquşma gözləyənlərin ümdiləri iflasa uğrayacaq. Burada Liviya və Suriya ssenarisi keçməz.
 
Çünki sabitlik hər iki regional-beynəlxalq güc üçün birinci yerdə dayanır. Daha dəqiq desək, Moskva və Ankara Qafqazlarda qurduqaları möhkəm Alyans hesabına Yaxın Şərq və Şimali Afrikada uzun sürən münaqişələrdə çözüm formulu tapmaq üçün yaxşı nümunə olaraq yararlanacaqlar.

Əksinə, bu güclü regional birlik arxitekturası gələcəkdə Qafqazda Sülh və Əməkdaşlıq Paktı üçün fundament rolunu oynaya bilər.
 
1999-cu ildə böyük siyasi liderimiz Heydər Əliyev tərəfindən məhz ATƏT-in İstanbul sammitində strateji plan olaraq gündəmə gətirilən, daha sonra 2008-ci ildə Türkiyə Cümhuriyyətinin rəhbəri sayın Rəcəb Tayyib Ərdoğanın Moskvaya müştərək gerçəkləşdirmək üçün təklif edilən planın reallığa çevrilməsinin əsil zamanıdır. Əlbəttə, onu yeni çağırışlara uyğunlaşdırmaq isə diplomatların vəzifəsidir.

O biri yandan, müharibədən və onun nəticələrindən kənarda qalan dövlətlərin Avrasiyanın iki nəhənginin yaxınlaşmasını durdurmaq cəhdləri Azərbaycanın uğurlu çəkindirici addımları, hər iki qlobal gücün qətiyyəti və möhkəm iradəsi ilə bloklanacaq, uğursuzluğa düçar olacaqdır.

Eləcə də Britaniya və digər qlobal siyasət qurucularının ölkəmizin bütövlüyünə vediyi ardıcıl siyasi-mənəvi dəstək Qarabağ ətrafında formalaşan yeni hərbi-siyasi balansın pozulmazlığının zəmənətçiləri kimi çıxış edir. Ona görə də Şuşada Türk əsgəri Ermənistandan başqa heç kəsin qorxulu röyasına çevrilməsin. Ermənilər dünyanı Türkiyə ekspansionizmi ilə hədələməklə kiməsə ağıl vermirlər. Çünki Anqela Merkel, yaxud Boris Conson siyasət qurarkən İrəvanla məsləhətləşmir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi hərbi qələbəmiz regionda yeni ticarət, transmilli iqtisadi dəhlizlərin meydana çıxması, çox milyardlıq investisiyaların qoyulması ilə birgə müəssisələrin yaradılması və beləliklə, gələcək hərbi toqquşmaların birdəfəlik qarşısının alınması ilə nətəcələnəcək və 10 noyabr Sazişinin möhkəmlənməsi üçün böyük rol oynayacaqdır. Ən sonda hamı başa düşəcək ki,  birinci Qarabağ müharibəsinin nəticələri uzun on illər Cənubi Qafqazın dünyaya tam açılmağa qoymurdusa, indi ikinci savaşın yekununda Azərbaycanın zəfəri bölgədə yeni geopolitika, yeni geoiqtisadiyyat və yeni imkanlar deməkdir.

Qarabağ Azərbaycan, Azərbaycan sülh, çiçəklənmə, polietnik harmoniya, regional, beynəlxalq transformasiya deməkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol