Yaxın vaxtlarda Ermənistanın 5-ci ordu korpusunun rəhbəri Andranik Piloyan fövqəladə hallar naziri təyin ediləcək.
Anews.az erməni KİV-ə istinadən xəbər vreir ki, FHN rəhbəri olmuş Feliks Çolakyanın bir neçə gün əvvəl istefa verdiyini xatırladan erməni mediası artıq əmək və sosial məsələlər üzrə nazir Zarui Btoyanın da yerinə gələcək şəxsin bəlli olduğunu yazıb.
Xatırladaq ki, Piloyana ikinci Qarabağ müharibəsində "milli qəhrəman" adı verilib.