• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı hərbçilər sülhməramlıların köməyilə sərbəst buraxıldı

Azərbaycanlı hərbçilər sülhməramlıların köməyilə sərbəst buraxıldı
02.02.2021 09:41
Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.

Anews.az "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb”, - deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Hərbi şöbənin açıqlamasında deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi tibbi birliyi 16 xəstə Azərbaycan əsgərini Vəng (Çinarlı) kəndindən Mağavuza (Çardaqlı) təxliyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.

"Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti boyunca atəşkəsə riayət olunur”, - deyə Rusiya MN bəyan edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol