• $
  • €
  • ₽
  • ₺
  • £

Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır

Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır
02.02.2021 11:32
Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün Ağdaş, Ağcabədi , Bərdə, Qusar, Sabirabad, Zaqatala, Lənkəran rayonlarından baytar həkimlər və zootexniklər müraciət ediblər. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, təlimlər kiçik qruplar şəklində ardıcıl təşkil olunacaq.

Mütəxəssis hazırlığı əhalinin heyvan mənşəli məhsullara tələbatını ödəmək üçün daha məhsuldar heyvanların yetişdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə atılan addımların tərkib hissəsidir. Ölkədə damazlıq heyvan alışına 60% dövlət güzəşti ilə yanaşı, süni mayalanma ilə doğulan hər buzova görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlərin təsərrüfatlarını inkişaf etdirməkləri üçün böyük ehtiyac duyduqları süni mayalanma mütəxəssislərindən yüksək hazırlıq tələb olunur. Həm ana heyvanın, həm də doğulacaq balanın sağlamlığı əsasən mütəxəssislərin bilik və bacarıqlarından asılıdır.

Təlimdə iştirakçılara nəzəri biliklər öyrədilməkdən əlavə, canlı heyvanlar üzərində praktiki bacarıqlar qazanmaq imkanı da yaradılacaq.

İndiyədək FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün 4 təlim keçirilib. Baytarlıq və zootexniklik üzrə ixtisaslara yiyələnmiş şəxslərin özünüməşğulluq fəaliyyəti üçün bu təlimlərin böyük töhfəsi müşahidə edilir. Mütəxəssislərin fəal iştirakına nail olmaq məqsədilə təlimləri uğurla başa vuran texniklər fəaliyyətlərini  fasiləsiz davam etdirməkləri üçün sertifikat, süni mayalanma ləvazimatları ilə təmin olunacaqlar.
Təlim iştirakçılarına qalmaq, yemək və istirahət üçün şərait dövlət tərəfindən təmin edilir.   



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol