• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Rzayev Türkiyə səfiri ilə görüşüb

Rövşən Rzayev Türkiyə səfiri ilə görüşüb
12.04.2021 12:46
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.


Dövlət Komitəsindən Anews.az-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri görüşün əlamətdar bir vaxta təsadüf etdiyini bildirib.


Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin dəstəyinin əhəmiyyətli rol oynadığı və xalqımızın yaddaşında həmişə yaşayacağı qeyd olunub.


Prezident İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın həssas münasibəti sayəsində məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə öz həllini tapdığı, indi isə onların doğma yurda təhlükəsiz qayıdışına hazırlıq, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində zəruri tədbirlərin görüldüyü vurğulanıb.


Komitə sədri səfir Erkan Özoralı Azərbaycanın yüksək dövlət təltifinə - "Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə məcburi köçkünlərlə bağlı tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkür bildirib, gələcək işlərində uğurlar arzulayıb.


Türkiyəli diplomat səmimi qəbula görə minnətdarlıq edərək, Azərbaycandakı fəaliyyətinin onun həyatında unudulmaz bir dövr olduğunu, xüsusən, bu dövrdə torpaqlarımızın işğalına son qoyulmasından, Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından sevinc və qürur hissi keçirdiyini bildirib. O, ölkəmizdə ən çox səfər etdiyi yerin Cocuq Mərcanlı olduğunu xatırladaraq deyib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı zamanı da Azərbaycanın dünyaya nümunə göstəricəyinə əmindir.


Səfir bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasındakı əlaqələrdə fəal iştirak edəcəyini qeyd edib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol