• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Zakir Həsənov Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşüb - FOTO

Zakir Həsənov Türkiyə müdafiə sənayesini təmsil edən nümayəndə heyəti ilə görüşüb - FOTO
30.04.2021 20:34
Aprelin 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri cənab İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Türkiyə Müdafiə Sənayesi Komitəsi, "STM”, "ROKETSAN”, "HAVELSAN” şirkətlərinin və "ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan Müdafiə naziri ölkələrimiz arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib. Əminliklə bildirilib ki, əsas diqqət qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.
Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümümilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol