General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı
![General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı](https://anews.az/photo/850x500/2021-05/1620630357_11-3.jpg)
Ötən ilin mayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.
"Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.
Hakim onlara şərti cəza verib.
Qeyd edək ki, polkovnik N.Pənahov DSX-nin nəzdində olan "Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun bacısının əridir.
Bir il öncə həbs edilən şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar.
General Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.
![](https://anews.az/file/articles/2021-05/1620630394_11-1.jpg)
![](https://anews.az/file/articles/2021-05/1620630386_11-2.png)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)