• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diplomatik nümayəndəliklərinin verdiyi bəzi vizalar ləğv edilib

Azərbaycan diplomatik nümayəndəliklərinin verdiyi bəzi vizalar ləğv edilib
22.05.2014 11:08
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.APA-nın məlumatına görə, qərarın adına dəyişiklik edilib və “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar adlandırılıb.Digər dəyişikliyə əsasən bundan sonra bu qaydalar ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərlə bərabər vətəndaşlığı olmayan şəxslərin də pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edəcək. Bundan sonra əcnəbilər xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycana gələ və Azərbaycandan gedə bilməyəcəklər. İki dəfəlik giriş, qayıdış və çıxış vizası növləri ləğv edilib. Birdәfәlik (adi) tranzit vizası növü isə birdәfәlik tranzit vizası ilə əvəzlənib.İndiyə qədər əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim ediblər. Səfirliklərin bu sahədəki səlahiyyəti ləğv olunub. Bundan sonra əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edəcəklər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol